First slide

"Meydana qələbə üçün çıxacağıq" - “Omoniya”nın futbolçusu

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sabah bizim növbəti avrokubok oyunumuz olacaq. Meydana qələbə üçün çıxacağıq. Son matçda qazandığımız qələbənin ardını gətirmək istəyirik. Komandamız buna hazırdır".

Press.az xəbər verir ki, bu sözləri  “Omoniya”nın futbolçusu Nikolas Panayiotu Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu öncəsi deyib.

O, avrokuboklarda çıxış etməyin özü üçün böyük önəm kəsb etdiyini söyləyib: "Deyə bilərəm ki, avrokubok oyunları mənim üçün həmişə vacib olub. Uşaqlıqdan bu, mənim üçün arzuladığım oyunlar olub".

Oxşar xəbərlər
OTACI
OTACI