Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Həm futbolçuların istəyi, həm də hazırlığı yaxşı səviyyədədir” – Qurban Qurbanov

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfrası keçirib.

Press.az-ın xəbərinə görə, tədbirdə Ağdam klubunun çalışdırıcısı Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

 

 

“Bu il burada (Respublika stadionunda – red.) son oyunumuz olacaq” – deyə Q.Qurbabov qeyd edib ki, komandası matça hazırdır:

“İki gündə yaxşı hazırlaşmışıq. Az vaxtımız oldu. Həm futbolçuların istəyi, həm də hazırlığı yaxşı səviyyədədir. Layiqli oyun göstərmək istəyirik. Nəticə önəmlidir, amma bunun üçün yaxşı çıxış etməliyik. Sabah ən yaxşı oyunlarımızdan birini göstərmək istəyirik. Rəqib barədə də xoş sözlər demək istəyirəm. Son vaxtlar oyun performansını yaxşılaşdırıblar, tərzlərini dəyişiblər. Bu, bizim üçün maraqlı olacaq. Çox sürətli hücumçuları var. Düşünürəm ki, sabah 90 dəqiqə meydanda çox diqqətli olmalıyıq”.

O deyib ki, oyun planında hansısa dəyişiklik gözlənilmir: “Onsuz da bütün oyunlarda cüzi də olsa dəyişiklik olur. Sistem olaraq oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq. Çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər”.

Q.Qurbanovun sözlərinə görə, “Omoniya”dan sabahkı görüşdə heyətdə böyük dəyişiklik edəcəyini düşünmür: “Oyunlarını təhlil edirik, hansı matçlarda neçə dəyişiklik etdiklərini bilirik. Həm çempionatda, həm də avrokuboklarda eyni sistemlə gedirlər, eyni formada rotasiyalar edirlər. 18-19 legionerləri var. Hücum xətti ilə bağlı müəyyən dəyişiklikləri olur. Onlar üçün də bu oyun vacibdir. Dəyişiklik etsələr də, futbolçularının səviyyəsi eynidir. Sadəcə, hücum planında sistemi dəyişiblər. Bu amil bizə problem yarada bilər. Buna hazır olmalıyıq. Rəqibin bütün oyunçularını futbolçularımıza tanıtdırmışıq. Hər hansı bir oyunçu meydana çıxsa da, bunun bizə çətinlik törədəcəyinə inanmıram. Bu tip komandalar xarakter göstərirlər. Biz də rəqiblə başabaş mübarizə üçün xarakter nümayiş etdirməliyik”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI