Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nuriyev Premyer Liqada qol vurdu

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Premyer Liqasında Azərbaycan dueli keçirilib.

Press.az xəbər verir ki, 3-cü turun təxirə salınmış görüşündə Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" Anatoli Nuriyevin oynadığı "Kolos"la qarşılaşıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 50-ci dəqiqədə meydan sahiblərindən Denis Knış açıb. Qonaq komandanın bərabərlik qoluna isə Nuriyev imza atıb. 25 yaşlı futbolçu 90-cı dəqiqədə cərimə zərbəsindən fərqlənərək, sabiq klubunun qələbə qazanmasına mane olub.

Meydana start heyətində çıxan Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib. Nuriyev isə oyuna fasilədən sonra daxil olub. Hər iki hücumçu Azərbaycan millisinin üzvüdür.

Qeyd edək ki, hazırda 15 xalı olan "Kolos" 10-cu, 10 xalı olan "Minay" isə 14-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI