Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tikintiyə icazələrin verilməsi ilə bağlı sahibkarlarla görüş keçirilib

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tikintiyə icazələrin verilməsi ilə bağlı sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə onlayın görüş təşkil olunub.

Press.az-ın KOBİA-ya istinadən verdiyi məlumata görə, görüşdə Əmlak Məsələləri Dövlət Xidməti, KOBİA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və 20-yə yaxın sahibkarlıq subyekti iştirak edib.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə tikintiyə icazələrin alınması sahəsindəki mövcud prosedurlar barədə ətraflı məlumat verilib, bu sahədə sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər
OTACI