First slide

Goranboyda avtomobillərin qənimi tutuldu

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Samux rayon sakini, əvvəllər məhkum olunmuş, Nadir Hüseynov yaxın qohumu və həmyerlisi Röyal Həsənov ilə birlikdə noyabr ayının 16-da Goranboy rayonuna gələrək 2 avtomobildən ümumi dəyəri 1881 manat olan musiqi avadanlıqlarını oğurlayıblar.

N.Hüseynovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha 2 anoloji cinayət hadisəsini törətməsi məlum olub. Belə ki, saxlanılan şəxs cari ilin oktyabr ayında Goranboy rayonuna gələrək, Vətən Müharibəsi şəhidinin atasına məxsus avtomobilə qeyri qanuni yolla daxil olaraq 360 manat dəyərində maqnitafon və səsgücləndiricini oğurlayıb. Bundan başqa N. Hüseynov növbəti dəfə noyabr ayında vətəndaşa məxsus avtomobildən 450 manat dəyərində maqnitafon və səsgücləndiricini oğurlayıb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Goranboy RPŞ-də araşdırmalara davam etdirilir.

 

Goranboyda silsilə oğurluq edən şəxslər saxlanıldı- FOTO Goranboyda silsilə oğurluq edən şəxslər saxlanıldı- FOTO

Oxşar xəbərlər
OTACI
OTACI