Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə valyuta böhranı ilə üzləşən yeganə ölkə olmayacaq - Proqnoz

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Türkiyənin valyuta böhranı ilə üzləşən yeganə ölkə olmaya bilər”.

Press.az "investing.com”a istinadən xəbər verir ki, belə bir açıqlama ilə inkişaf etməkdə olan bazarlar üzrə tanınmış investor, "Capital Partners” qurucularından Mark Mobius çıxış edib.

O qeyd edib ki,  ABŞ-ın faiz dərəcəsinin artırılması ehtimalı nəzərə alınarsa, bəzi ölkələr də valyuta böhranı ilə üzləşəcək.

Onun qənaətincə, ABŞ-ın faiz artımından dollarla borcu böyük olan ölkələr daha çox zərər görəcək. Mobiusun sözlərinə görə həmin ölkələr Misir, Rumıniya və Şri-Lanka ola bilər.

İnvestor vurğulayıb ki, bir çox inkişaf etməkdə olan ölkə 1997-ci ildə Asiya maliyyə böhranından sonra dollara deyil, özlərinə güvənməyə başladı və borclarını daha çox milli valyuta ilə götürdülər. Milli valyutada borclanmanın riskləri azaltdığını düşünən investor Türkiyə və digər adıçəkilən ölkələrin başqa yoldan irəlilədiyini qeyd edib.

O söyləyib ki, inkişaf etməkdə olan ölkələr artan fiskal və cari hesab kəsirləri, həmçinin ərzaq qiymətlərinin artması kimi digər problemlərlə üzləşirlər. Onun düşüncəsinə görə sadalanan amillər maliyyə sabitliyinin təmin edilməsini çətinləşdirir və ölkəni valyuta böhranına sürükləyir.

Oxşar xəbərlər
OTACI