Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məşhur xalq artistinin vəziyyəti ağırdır - Aylardır rəhbəri olduğu İttifaqa işə çıxmır (FOTO)

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun vəziyyəti ağırdır.

Press.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Xalq artistinin ayaqları tutulub. O aylardır yeriyə bilmir və bu səbəbdən rəhbərlik etdiyi Azərbaycan Teatr Xadimləri İttifaqına işə çıxmır. Onun ayaqlarının tutulması səbəbindən aylardır müalicə aldığı, lakin bu müalicələrin təsir etməməsi səbəbindən ağır əməliyyat keçirdiyi qeyd edilib. Bu əməliyyatın da uğurlu olmadığı bildirilib.

Məsələ ilə bağlı xalq artisti ilə əlaqə saxlamaq istəsək də, onun telefonları bağlıdır. Rəhbərlik etdiyi Azərbaycan Teatr Xadimləri İttifaqından isə Manşet.az-a bildirilib ki, “Azərpaşa Nemətov xəstədir, çoxdandır işə çıxmır.” Əlavə  məlumat verilməyib.

Oxşar xəbərlər
OTACI