Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Turizm şərtləri yüngülləşəcək: peyvəndlər üzrə beynəlxalq sistem yaradılır

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu gün turizm sahəsində ən böyük problemlərdən biri ölkəyə giriş-çıxış zamanı PCR-testinin tətbiq olunmasıdır".

Press.az xəbər verir ki, bunu Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

Onun sözlərinə görə, bu, həqiqətən də turpaketlərin şərtlərini ağırlaşdıran səbəblərdəndir və bunun üzərində iş gedir: "Məndə olan məlumata görə, artıq vaksinlərlə bağlı, xüsusən də “Pfizer” və “AstraZeneca” peyvəndləri üzrə beynəlxalq sistem (portal) yaradılacaq və Azərbaycanın da bu portala qoşulacağı gözlənilir".

R. Quliyev hesab edir ki, bütün turistlər öz məlumatlarını portala daxil edərək, avtomatik digər ölkələrdə də, onların vaksini tanınacaq və bu da, prosesi yüngülləşdirəcək.

Hal-hazırda COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Qeyd edək ki, turizmin iqtisadiyyatda payı 2,4 %, məşğulluqda payı 1,7 %-ə bərabərdir. Ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə, yerli turistlərin sayını 5 milyon nəfərə, ÜDM-də payını isə 4 milyard manata çatdırılacağı planlaşdırlır.

Oxşar xəbərlər
OTACI