Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məleykə Abbaszadə qadınların imtahanlarda qazandıqları uğurlardan danışıb

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Hər il imtahanlardan sonra gender aspektləri ilə bağlı təhlillər aparılır".

Press.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatında çıxışı zamanı deyib.

O qeyd edib ki, gender problemləri ilə bağlı yalnış düşüncə bunun sırf qadınların məsələsi olmasıdır: "Kişi və qadın cəmiyyətin təməl daşıdır. Bu kimi düşüncələr qadınların cəmiyyətdə çətin işlərin altına girməsinə səbəb olur. Tənqidlərin bəziləri xoş niyyətli olsa da çox dayaz fikirlərdir".

M.Abbaszadə əlavə edib ki, son 15 ildə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb: "Bu da o deməkdir ki, kişi ixtisası stereotipləri artıq pozulur. Hətta builki qəbul imtahanlarında Dəniz Akademiyasına 4 qız qəbul olunub".

Onun sözlərinə görə, peşə imkanları olmayan qadınların çoxu erkən nikahın qurbanı olur, öz hüquqlarını müdafiə etmir, onlara qarşı kobud rəftara dözməli olurlar: "Bəzi regionlarda 9- cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olur. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir".

Oxşar xəbərlər
OTACI