Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Füzulidə torpaq islahatı aparılmalıdır

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin Komitə və plenar İclaslarında “2022-ci ilin Dövlət Büdcəsi” layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Vüqar Bayramov parlamentdə təmsil etdiyi Füzuli rayon sakinlərini qayğılandıran bir sıra məsələlərə diqqəti cəlb edib.

Press.az xəbər verir ki, deputat Füzuli rayonunun yeni salınmış qəsəbə, kəndlərində içməli və suvarma su ilə təminatın əsas problemlərdən biri olduğunu deyib:

“Belə ki, uzun illərdir ki, Qaydış Qəsəbələrində məskunlaşan sakinlərimiz içməli suyu xüsusi su maşınlarından əlavə ödəniş edərək alırlar. Xüsusən yay mövsümündə suvarma su ilə bağlı problemlər müşahidə olunur. Bu da həmin ərazilərimizdə kənd təsərrüfatının inkişafına ciddi ziyan vurur”.

İqtisadçı alim həmçinin bildirib ki, Füzuli rayonunda keçmiş təmas xəttində yerləşən və 1994-cü ildə Milli Liderimizin rəhbərliyi ilə işğaldan azad olunan kəndlərində yaşayış olsa da, torpaq islahatları aparılmayıb:

“Bu isə həmin kəndlərdə məskunlaşan sakinlərimiz üçün subsiyadaların alınması və digər çətinliklər yaradır. Hökumət üzvlərini bu məsələlərin həllinə dəstək olmağa çağırırıram".

Oxşar xəbərlər
OTACI