Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vərəmdən tutmuş xərçəngə kimi – Qızıl bığ bitkisi ilə sağalan qadın

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zolotoy us adı ilə satılan otaq bitkisi olan Qızıl bığ bitkisi 47 yaşlı qadını xərçəngdən xilas edib.

Press.az medicina.az-a istinadən həmin resepti təqdim edir “Mənə xərçəng diaqnozu qoyanda hər şeyə razı idim. 3 ay xəstəxanada qaldım, kimyaterapiya, şüa hamısından keçdim. Amma bir gün müalicə həkimim məni evə yazdı ki, get 1 ay dincəl, sonra baxarıq. Mən onun baxışlarından, tibb bacısının münasibətindən bildim ki, bu mənim sonumdur və onlar məni ölməyə göndərir. Evdə ərim və uşaqlar üçün əziyyətdən başqa bir şey olmadım. Ərim cəmi 3 gün evdə gecələdi, sonra itdi. Əslində bilirdim o hara gedirdi. Uşaqlarım üçün yemək belə bişirə bilmirdim. Bir gün qonşum bizə gələrək, ev işlərində yardım etdi. Mənim ayaq üstə əridiyimi görüb qəhərləndi. Axşam yenidən qapımı döyüb, “zolotoy us” cövhəri gətirdi. Dedi bunu özüm hazırlayıram, iç, yenə hazırlayacam. Bitki elə evində dibçəkdə idi. İtirəcəyim bir şey yox idi və mən qəbula başladım: 40 damcı bitki cövhərini 20 damcı günəbaxan yağı ilə birgə yeməkdən 15 dəqiqə əvvəl qəbul edirdim, heç bir su içmədən. 10 gün qəbul edib, 10 gün fasilə verdim. Un, çörək, süd məmulatlarından uzaq idim. 6 ay bu qaydada davam etdim. 10 gün fasilə ilə qızıl bığotu dəmləməsini düzəldirdik. Bitkinin gövdə yəni bığ hissələrini doğrayıb, yarım litr araqda 15 gün qaranlıq sərin yerdə saxlayın. Sonra süzün. 6 ay sonra xəstəxanaya getdim, məni sağ görüb təəccübləndilər. UZİ, analizlərdən keçdim, həkimin gözündə eynək təəccübdən qalxmışdı. Soruşdular ki, nə etdin şiş yoxa çıxıb. Dedim inam və sevgi ilə. Bu resepti boğazında şişi olan bir yaxınımıza da məsləhət gördük, onda da 6 aya şiş kiçilmişdi, həkimləri şokda idi. Amma o, sonradan da profilaktika məqsədilə zolotoy us cövhərinə davam edirdi

Oxşar xəbərlər
OTACI