Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş örtüyü taxıb evə basqına gedən qızın və dostlarının cəzası - Biri "Seymur Naxçıvanski"dir (FOTO)

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda quldurluq etməkdə təqsirli bilinən Firudin İsmayılov, Dilbər Hacıyeva, Kənan Müzəffərli və Kamran Abdulovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Press.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edərək bildirib ki, 26 aprel 2021-ci ildə yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini qeyd edib.

Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olublar.

Həmin şəxslər zərərçəkənin burun nahiyəsinə yumruqla zərbə endirərək əllərində olan bıçaqla həyat sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər.

Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Nizami rayon Polis İdarəsinin və 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxlərdən ikisi - Abşeron rayonunda yaşayan Kənan Müzəffərli və Dilbər Hacıyeva saxlanılıblar.

Daha sonra cinayətin digər iki iştirakçısı da müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90 PZ 465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib.

Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

Dəstə üzvlərinin qeyd edilən mənzilin yerləşdiyi binaya daxil olmaları və hadisə yerindən yayınmaları orada olan kameralar vasitəsi ilə də lentə alınıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, həbs edilənlərdən Firudin Ismayılov kriminal aləmdə "Seymur Naxçıvanksi" kimi tanınır.

Oxşar xəbərlər
OTACI