Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əliyevlə Paşinyanın görüşündə nədən danışılacaq?

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"ATƏT-in Minsk qrupu çərçivəsində İlham Əliyevlə görüşə hazıram”.

Press.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı bildirib. Onun sözlərinə görə, dekabrın 15-də Brüsseldə "Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək.

"Qarşıdan gələn görüşlərlə bağlı xəbərlər müsbət qarşılanmalıdır. Görüşlərdə delimitasiya və demarkasiya prosesinin nədən başlanacağı ilə bağlı məsələlər müzakirə olunacaq”, - Paşinyan qeyd edib.

Erməni Baş nazir əlavə edib ki, vəziyyəti həll etmək və böhranlardan qaçmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında danışıqlar tez-tez aparılmalıdır.

Oxşar xəbərlər
OTACI