First slide

Şəkidə avtomobil aşdı - yaralılar var

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəki rayonunda yol-nəqliyyat hadisəsi olub.

Press.az xəbər verir ki, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

(report.az)

Oxşar xəbərlər
OTACI
OTACI