Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cerrard bu qidaları da qadağan etdi

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Aston Villa”nın yeni baş məşqçisi Stiven Cerrard futbolçularına pəhrizlə bağlı yeni qadağalar tətbiq edib.

Press.az “The Telegraph”a istinadən xəbər verir ki, gənc çalışdırıcı oyunçulara qazlı içki, pudinq (yumurta, şəkər, süd və undan ibarət ingilis deserti), isti şokoladı qadağan edib. Həmçinin, futbolçular bir neçə növ sousdan, o cümlədən mayonezdən imtina etməlidirlər.

Yalnız matçdan bir gün əvvəl bədəni karbohidratlarla təmin etmək üçün oyunçulara şirniyyat yeməyə icazə veriləcək. Cerrardın fikrincə, futbolçuların qida rasionunda yeniliklər onlara qida dəyəri olmayan boş kalorilərin qəbulunu azaltmağa imkan verəcək.

Bundan əvvəl Cerrard futbolçulara ketçup yeməyi qadağan etmişdi.

Qeyd edək ki, “Aston Villa” İngiltərə Premyer Liqasında 12 oyundan sonra 13 xalla 16-cı pillədə qərarlaşıb. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI