Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

8 200-dən çox şəhid ailəsi və qazinin məşğulluğu təmin edilib

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəhid ailələri və qazilərdən ibarət 8 200 şəxslə bağlı müvafiq məşğulluq tədbirləri həyata keçirilib.

Press.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O qeyd edib ki, növbəti il üçün qarşıda duran hədəflər peşə və kvalifikasiyanın sayının 500-ə çatdırılmasıdır.

“Sosial müavinətlərin artırılması ilə bağlı da fəaliyyət davam etdirilir. Vacib məsələlərdən biri də mənzillərdir. Keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzilin şəhid ailələri və qazilərə verilməsi üçün iş aparılır” - deyə, o bildirib.

Oxşar xəbərlər
OTACI