Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəki rayonunda yol-nəqliyyat hadisəsi olub.

Report-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Oradan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI