Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Passiv siqaret çəkmək ağciyər xərçəngi riskini artırır

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağciyər xərçəngini yaradan ən böyük səbəblərindən biri siqaretdir. Araşdırmalar göstərir ki, sadəcə siqaret çəkənlər yox, həm də siqaret tüstüsünə məruz qalan şəxslər də ağciyər xərçəngi riski ilə üzləşir.

Press.az xəbər verir ki, Türkiyəli həkim Cem Gündoğdu passiv siqaret tüstüsünün xərçəng riskini 20-30 faiz artırdığını bildirib.

Həkim deyib ki, ağciyər xərçəngləri kiçik hüceyrəli ağciyər xərçəngi və kiçik hüceyrəli olmayan ağciyər xərçəngi qrupuna bölünür. Gündoğdu söyləyib ki, bu növlərdən birində siqaretin təsiri güclüdür: "Kiçik hüceyrəli ağciyər xərçəngi ağciyər xərçənglərinin 10-15 faizini təşkil edir. Ağciyər xərçənginin ən sürətlə böyüyən və ən sürətlə yayılan növü budur. Siqaretlə çox yaxından əlaqəlidir. Bu şişlərin yalnız 1 faizi siqaret çəkməyənlərdə olur.

Çəkilən siqaretlərin sayı, çəkmə müddəti, erkən başlama yaşı, dərin tüstünün miqdarı və qatran miqdarının xərçəngə tutulma riskini artırır. Buna görə də siqaretdən imtina zamanla xərçəng riskini azaldır.

Siqaret çəkənlərlə bərabər onun tüstüsünə məruz qalanlar da ağciyər xərçəngi riski ilə üz-üzə qalırlar. Passiv siqaret çəkmə ürək xəstəlikləri və digər xəstəliklərə səbəb ola bilər, həmçinin ağciyər xərçəngi riskini artırır. Evdə və ya işdə tütünə passiv məruz qalan insanlarda ağciyər xərçənginə tutulma riski 20-30 faiz artır."

Gündoğdu siqareti buraxdıqda ağciyər xərçənginə tutulma ehtimalının zamanla azaldığını və siqareti buraxdıqdan 10-20 il sonra heç siqaret çəkməyənlərin səviyyəsinə yaxınlaşdığını bildirdi.

///sfera.az

Oxşar xəbərlər
OTACI