Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə evdə partlayış zamanı ağır xəsarət alan qadın ölüb

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncədə beş gün əvvəl baş verən partlayış zamanı ağır xəsarət alan qadın ölüb.

Press.az-ın məlumatına görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Sahibə Rasim qızı Verdiyeva Bakıda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 18-i axşam saatlarında Gəncə şəhərinin Əlişir Nəvai küçəsində yerləşən evdə partlayış baş verib. Hadisə nəticəsində evdə olan qadın S.Verdiyeva 1998-ci il təvəllüdlü Əli Vahid oğlu Veridyev yanıq xəsarətləri alıb, fərdi evdə qismən dağıntılar olub.

Daha sonra ağır yanıq xəsarətləri alan ana və oğlu Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülüblər.

Oxşar xəbərlər
OTACI