Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB: "Hər bir xəstəxanada antibiotik komitəsi qurulmalıdır"

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanalarda tətbiq edilməli olan antibiotik siyasətini açıqlayıb.

Press.az xəbər verir ki, TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev hər yerdə və mümkün olduqda daha ucuz dərman vasitələrindən istifadə etməklə resurslardan daha yaxşı istifadə etməyin vacibliyinə toxunub.

O qeyd edib ki, antibiotiklərə davamlı bakteriyaların yaranması və yayılmasının qarşısını almaq, həkimlərə dərman vasitələrinin düzgün istifadəsi ilə bağlı təlimlər keçmək, lazımsız və ya effektiv olmayan antibiotiklərin istifadəsini aradan qaldırmaq və bahalı, yaxud lüzumsuz olaarq güclü antibiotiklərin istifadəsini məhdudlaşdırmaq həmin siyasətlərin siyahısında olmalıdır.

Departament rəhbəri əlavə edib ki, hər bir xəstəxanada antibiotik komitəsi qurulmalıdır.

Oxşar xəbərlər
OTACI