Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərişıq”ın Laçında minaya düşən işçisinin vəziyyəti stabildir

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 21-də, Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Mahir Əbilovun vəziyyəti stabildir.

Bu barədə Press.az-a “Azərişıq”dan məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonar M.Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olununb: “Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Oxşar xəbərlər
OTACI