Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Antibiotiklər acı fəsadlara səbəb olur

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Yeni növ koronavirus pandemiyası antibiotik preparatlarından istifadənin azaldılmasının vacibliyini bir daha gündəmə gətirib. Antibiotiklərdən pərakəndə istifadə acı fəsadlara səbəb olur”.

Press.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş dəyirmi masada deyib.

O bildirib ki, dünyada hər il 700 mindən çox insan antibiotik preparatlarına qarşı dayanıqlılığı üçün həyatını itirir:

“Nəticədə milyonlarla vəsait məhz antibiotik preparatlara dayanıqlılığa görə iqtisadi itkiyə yol açır. Aiddiyəti qurumlar arasında təşkil edilən bu cür görüşlər antibiotiklərin pərakəndə istifadəsi probleminin həlli üçün vacibdir".

Oxşar xəbərlər
OTACI