Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu xəstəxanada qaydalar kobud şəkildə pozulur - VİDEO

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beyləqan rayon Mərkəzi Xəstəxanasından şikayətçi olan bir vətəndaş video çəkərək "XəzərXəbər"in qaynar xəttinə göndərib. Görüntülərdə bir qapı önünə toplaşan insan kütləsi lentə alınıb. Şikayətçi vətəndaş iddia edir ki, həmin insanların hamısı xəstədir və xəstəxananın direktorunun qəbuluna düşmək istəyirlər. Bu isə pandemiya qaydalarının kobud şəkildə pozulması deməkdir.

Press.az xəbər verir ki, görüntülər Beyləqan Rayon Mərkəzi Xəstəxanasında lentə alınıb.

Videonu çəkərək "Xəzər Xəbər"in qaynar xəttinə göndərən vətəndaş iddia edir ki, bu insanların hamısı xəstəxananın direktoru Nürəngiz Bəşirovanın qəbuluna düşməyə çalışır. Saatlarla, bəziləri günlərlə bu vəziyyətə dözmək məcburiyyətində qalır. Çünki hərəsinin bir dərdi var. Lakin bu cür sıxlıq pandemiya qaydalarının kobud şəkildə pozulması deməkdir.

Xəstəxananın direktorundan şikayətçi olan vətəndaş deyir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Dövlət tərəfindən verilən dərmanlar üçün müəyyən vaxtlarda xəstəxanaya üz tutur, hər dəfə də bu cür vəziyyət və əziyyətlə üzləşir.

Məsələ ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasından Xəzər Xəbərə bildirdilər ki, müraciətlərin sayı çoxdur. Ona görə də vətəndaşların növbəli şəkildə qəbul edilməsi üçün sıra nömrəsi verilib. Hazırda proses polis əməkdaşlarının nəzarəti ilə davam edir.

Oxşar xəbərlər
OTACI