Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaqatalada restoran sahibi və toy təşkilatçısı cərimələnib

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Uzunqazmalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, yoxlamalar zamanı 10 nəfərdən çox qonağın COVID-19 pasportu olmadığı üçün toy sahibi Mirzap Kaçiyev barəsində protokol tərtib edilib və o, 200 manat cərimələnib.

Digər bir qayda pozuntusu isə “Şam” restoranında keçirilən toy mərasimində qeydə alınıb.

Belə ki, mərasim barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb və obyektin sahibi Əhməd Babayev inzibati məsuliyyətə cəlb edilib.

Oxşar xəbərlər
OTACI