Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prokurorluq Göyçayda törədilən qətllə bağlı məlumat yayıb

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 22-si saat 18 radələrində Göyçay rayonu Bəydövil kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılova bıçaqla xəsarətlər yetirilməsi və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan Press.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elvin İsmayılova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qılman Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI