Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tovuzda ananın azyaşlı övladını küçəyə atması ilə bağlı araşdırmalara başlanılıb

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan məlumat verilib.

Bildirilib ki, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı foto paylaşılıb.

Məlumata görə, foto rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkilib.

Oxşar xəbərlər
OTACI