Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qənirə Paşayeva onların həyatı üçün hökumətə çağırış etdi

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin komitələrində gələn ilin dövlət büdcəsi lahiyəsinin 2-ci oxunuşda müzakirələri zamanı Tovuz rayonu ilə bağlı bir sıra vacib problemləri qaldırıb və təkliflərlə çıxış edib. 

2022-ci ilin büdcə zərfinə daxil olan 4 qanun layihəsi – “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin ikinci oxunuşda müzakirəsində fikirlərini bölüşən Q.Paşayeva bir sıra problemlərə toxunub, təkliflərlə çıxış edib.

Press.az xəbər verir ki, o, parlamentdə təmsil etdiyi Tovuz rayonunda şəhid ailələri və qazilərin mənzillərlə təmin edilməsi, məktəblərin təmir-bərpası və yenilərinin tikintisi ilə bağlı məsələləri qaldırıb. 

Qənirə Paşayeva eyni zamanda Tovuz rayonunun bir sıra kəndlərində hələ də evlərin hamısının qazlaşmasında problemlərin olduğunu bildirib və müvafiq qurumları bu istiqamətdə ciddi addımlar atmağa çağırıb. 

Milət vəkili eyni zamanda, bildirib ki, Tovuzun böyük kəndlərindən olan İbrahimhacılı, Xatınlı, Hunanlar, o cümlədən Qovlar şəhərində yeni məktəb tikintisinə böyük ehtiyac var. O bildirib ki, bu kəndlər əhali sayına görə böyük kəndlərdəndir,  həmin məktəblər təhsil üçün yaxşı vəziyyətdə deyil və təcili olaraq yeni məktəb tikintilərinə ehtiyac var.

Q.Paşayeva bu mövzularda 2022-ci il üçün nə kimi planların, müəyyənliklərin olduğunu aidiyyatı qurumlara sual olaraq ünvanlayıb, bu barədə seçicilərin məsələ qaldırdığını vurğulayıb.

Komitə sədri həmçinin aliment fondunun yaradılmasının vacibliyi ilə bağlı fikirlərini də səsləndirib və bunun yüzlərlə çətin vəziyyətdə qalan uşağın həyatı və gələcəyi üçün önəmli olduğunu bildirərək məsələ ilə bağlı müvafiq qurumlara çağırış edib.

Oxşar xəbərlər
OTACI