Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə qadın mafiya başçısı tutuldu

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib.

Press.az lent.az-a istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində "Xanımağa" ləqəbli qruplaşma lideri Güniz Akkuş və onun adamı Mustafa Kamal Yavuz ələ keçirilib.

Yerli mediada yer alan xəbərə görə, polisin keçirdiyi əməliyyatlar "qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, xəsarət yetirmə, əmlaka zərər vurma və talama" faktları ilə əlaqədar olub.

Güniz Akkuş və Mustafa Kamal Yavuz məhkəmə zalındaca həbs olunaraq, cəzaçəkmə məntəqəsinə göndərilib.

Oxşar xəbərlər
OTACI