First slide

Yük maşını YPX avtomobilinə çırpıldı - VİDEO

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Press.az "oxu.az”a istinadən xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

İlkin məlumatlara görə, yük avtomobili ilə Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin xidməti avtomobili toqquşub.

Hadisə nəticəsində ölən və yaralananlar yoxdur.

Məsələ il bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Oxu.Az-a açıqlamasında hadisəni təsdiqləyib:

"Yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun 15-ci kilometrliyində baş verib. "Tatra” markalı yük avtomobili dayanmış vəziyyətdə olan YPX avtomobilinə çırpılıb. YPX avtomobili zərbənin təsirindən yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Yük avtomobilinin sürücüsünün verdiyi ilkin məlumata görə, qəzaya səbəb maşının əyləc sisteminin işləməməsi olub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib”.

 

Oxşar xəbərlər
OTACI
OTACI