Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AQTA müxtəlif ölkələrə 182 bildiriş göndərib

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2021-ci ilin ötən dövrü ərzində idxalda aşkarlanan uyğunsuzluqlar səbəbindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrə ümumilikdə 182 bildiriş göndərilib.

Press.az xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında məlumat verib.

Həmin bildirişlərdən 125-i Rusiya (ərzaqlıq buğda – 98, ərzaqlıq qarğıdalı-6, toxumluq kartof- 21), 37-si İran (ərzaqlıq kartof - 36, toxumluq kartof -1), 15-i Gürcüstan (ərzaqlıq kartof- 5, toxumluq kartof - 10), 3-ü Türkiyə (tinglər-1, ərzaqlıq kartof -2), 1-i Ukrayna (günəbaxan toxumu), 1-i İspaniya Krallığına (pomidor toxumu) təqdim edilib.

Həmçinin, ölkəmizdən ixrac olunan məhsullarda aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə 128 bildiriş daxil olub.

Həmin bildirişlərdən 109-u Rusiya (pomidor - 71, şaftalı-16, armud- 4 nektarin-4, digər-14), 17-si Qazaxıstan (pomidor), 2-si Ukraynadan (taxta qablaşdırma materialı) göndərilib. Daxil olmuş bildirişlərlə bağlı dərhal araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb.

Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır.

Həmin virus xəstəliklərinin əsas sahib bitkisi pomidordur, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Bununla bağlı olaraq, ölkəmizdə idxal tələbləri dəyişdirilib və fitosanitar nəzarət tədbirləri daha da gücləndirilib.

Oxşar xəbərlər
OTACI