Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda koronavirusdan ölənlərin sayı 129 mini keçib

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ötən sutka ərzində 97 nəfər koronavirusdan (COVID-19) ölüb, 5 427 nəfər yoluxub.

Press.az-ın  məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 129 053 nəfərə, yoluxanların sayı isə 6 082 865 nəfərə çatıb. Virus daşıyıcılarından 3 393 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 795 060 nəfər koronavirusdan sağalıb, 37,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ölkədə təxminən 103 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 56,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 803 min təşkil edir.

Oxşar xəbərlər
OTACI