Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qonşusunu valideynlərinin gözləri qarşısında öldürən şəxsin məhkəməsi başlayıb

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməktə təqsirləndirilən Famil Baloğlanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Press.az-ın xəbərinə görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 22-də Neftçala rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bankə qəsəbə sakini F.Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qonşusu, 1989-cu il təvəllüdlü Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək onu valideynlərinin gözləri qarşısında qəsdən öldürüb.

Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

F.Baloğlanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər
OTACI