Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mədəniyyət nazirinin birinci müavinindən fəxri adlarla bağlı açıqlama

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Fəxri adların verilməsi ilə bağlı meyarların hazırlanması işləri davam edir".

Press.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, hazırda məsləhətləşmələr aparılır.

"Təxminən prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvacibinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqlarının təmin edilməsidir. Bu, ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin", - E.Əliyev vurğulayıb.

Oxşar xəbərlər
OTACI