Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naxçıvandan Məşhədə dəmiryol reysi bərpa oluna bilər

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycanın nümayəndə heyətinin İrana səfəri planlaşdırılır".

Press.az İran mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Bakıda keçirilmiş iclasında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan səfər iki ölkə arasında imzalanmış müqavilələrin şərtlərinə əməl olunması üçün maneələri aradan qaldıracaq: "Bu, hər iki xalqın mənafeyinə xidmət edir”.

Nazir əlavə edib ki, İran-Azərbaycan sərhədində 100 metrlik körpünün tikintisi və Rəşt-Astara dəmiryolu dəhlizinin tamamlanması nümayəndə heyətinin səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdəndir: "Bizim azərbaycanlı dostlarımız İranın Astara şəhərində terminalın tikintisinə sərmayə qoyublar, onun bir hissəsi tamamlanıb. Terminalın başa çatdırılması ilə bağlı müzakirələr aparılacaq. Biz Azərbaycanın Astara şəhərində də görüş keçirəcəyik, Naxçıvan-Məşhəd dəmir yolu layihəsini yenidən aktivləşdirəcəyik. Avtomobil nəqliyyatı və avtomobil tranziti sahəsində əməkdaşlıq bu komissiyanın ən mühüm danışıqlar mövzularından biridir".

Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı ilin dekabrın 29-da hərəkətə başlayıb və təxminən 1 il sonra müəyyən texniki səbəblərdən onun fəaliyyəti müvəqqəti dayandırılıb.

Oxşar xəbərlər
OTACI