Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gün Türkiyə hökuməti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Press.az xəbər verir ki, Beştəpə iqamətgahında baş tutacaq toplantıda ölkənin daxili və xarici siyasətinə dair məsələlər müzakirə olunacaq.

İclasda Suriya, Livya, Aralıq dənizindəki son durumla bağlı fikir mübadiləsi aparılacaq.

Türkiyə hökumətinin toplantısında həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin müzakirə olunacağı da gözlənilir.

Terrorla mübarizə məsələsi də Naizrlər Kabinetinin gündəmində olacaq. İclasda PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək.

Türkiyə iqtisadiyyatındakı son vəziyyətin də müzakirə olunacağı toplantıda koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkədə virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün atılacaq addımlar və peyvəndlənməndəki son vəziyyət nəzərdən keçiriləcək.

İclasdan sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək, qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.

Oxşar xəbərlər
OTACI