Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir: “Cari ildə icrası təmin edilən işlərin sayı 20%-dək artıb”

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası məqsədilə ödənişlərin birbaşa bank hesablarına yönəldilməsi, onlayn qaydada ödənişlərin aparılması təşkil olunub. Fəaliyyətin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edən “Elektron icra” informasiya sisteminin müxtəlif orqanların məlumat bazalarına inteqrasiyası hesabına zəruri sənədlərin, o cümlədən borclular barəsində məlumatların ani vaxt rejimində əldə olunması imkanı yaranıb. Bunun nəticəsidir ki, cari ildə icrası təmin edilən işlərin sayı 20 faizədək artıb, fiziki və hüquqi şəxslərə 420 milyon manatdan çox vəsait ödətdirilib”.

Press.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində yer alıb.

“Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin (elektron qolbaqlar) tətbiqi öz səmərəsini verib. Hazırda bu tətbiqin dairəsi genişləndirilərək 4 000-dən artıq məhkum elektron qolbaq daşıyır. Onlara Elektron Monitorinq Mərkəzi tərəfindən 24 saat onlayn rejimdə nəzarət edilir”, - nazir qeyd edib.

Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, fəaliyyətdə şəffaflığın təmin edilməsində və məhkəməyə əlçatanlığın yaxşılaşdırılmasında da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu islahatların “yol xəritəsi” olub:

“Dövlətimizin başçısının tapşırığına əsasən yaradılmış “Elektron məhkəmə” informasiya sistemi məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Elektron sənəd dövriyyəsini, məhkəmə proseslərinin audio və videoyazısını, videokonfransların keçirilməsini təmin edir, sənədlərin əldə olunması vaxtını dəfələrlə azaldır”.

Oxşar xəbərlər
OTACI