First slide

Avstriyada yeni məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avstriyada hökumətin COVİD-19-la mübarizədə tətbiq etdiyi yeni məhdudiyyətlər narazılıqla qarşılanıb.

Press.az APA-ya istinadən xəbər verir ki, paytaxt Vyanada keçirilən aksiyada 35 minə yaxın insan iştirak edib.

Avstriya Azadlıq Partiyası isə etirazçıların sayının 100 mindən yuxarı olduğunu iddia edir. Etiraz yürüşü şəhərin mərkəzində nəqliyyatın hərəkətini iflic edib. Aksiya iştirakçıları bütün ölkə ərazisində noyabrın 22-dən tətbiq olunacaq qapanmadan narazılıqlarını ifadə edib, hökumətin pandemiya ilə mübarizə sahəsində yürütdüyü siyasəti tənqid ediblər. Bəzi yerlərdə polislə qarşıdurmalar baş verib. Asayişi pozan 10 nəfər polis tərəfindən saxlanılıb.

Oxşar xəbərlər
OTACI
OTACI