Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın ən güclü Hərbi Hava Qüvvələri - Siyahı

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kanadanın “Aeroemploi” portalı dünyanın ən güclü Hərbi Hava Qüvvələrinə malik olan ölkələrin siyahısını hazırlayıb.

Press.az xəbər verir ki, birinci yerdə müxtəlif modifikasiyalı 3 minə yaxın təyyarəsi olan ABŞ qərarlaşıb.

İkinci yeri isə Rusiya Hava Kosmik Qüvvələri tutub. Rusiyanın 1900 təyyarəsi var. Məqalə müəllifləri bildiriblər ki, son 30 ildə Rusiya bu sahədə böyük sıçrayış əldə edib.

Siyahıda ilk üçlüyü Çin tamamlayıb.

Sonrakı yerlərdə Hindistan, Misir, Pakistan, Türkiyə və Cənubi Koreya Hərbi Hava Qüvvələri qərarlaşıb.

Oxşar xəbərlər
OTACI