First slide

Atatürkün heç yerdə yayımlanmayan müsahibəsi ortaya çıxdı

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tarixçi Millət vəkili Halil Özşavlı ingilis arxivində Mustafa Kamal Atatürkün 98 il əvvəl «Le Temps» qəzetindən jurnalist Paul Gentizona verdiyi, indiyədək yayımlanmayan müsahibəni gündəmə gətirib.

Press.az Musavat.com-a istinadən xəbər verir ki, Şanlıurfa millət vəkili Özşavlı İngiltərə Milli Arxivində araşdırma apararkən təsadüfən tapdığı bir sənədin əhəmiyyətini anladığını bildirib.

O, “Müsahibə Mustafa Kamal Atatürkün verdiyi mesajlar baxımından çox dəyərlidir” – deyə qeyd edib.

“Yeni Türkiyə digər millətlər kimi yaşamaq istəyir. Biz heç kimə kölə olmayacağıq. Fəaliyyətlərimizi şərtləndirən əsas amil tam müstəqillik tələbimizdir”

Özşavlı müsahibənin 12 fevral 1923-cü ildə götürüldüyünü bildirib.

Atatürkün 1,5 səhifəlik müsahibəsində üç dəfə “yeni Türkiyə” ifadəsini işlətdiyini qeyd edən Özşavlı belə davam edib:

“Atatürk deyib ki, müstəqilliyimiz üçün mübarizə apardığımız 4 il ərzində heç bir şəraitdə kapitulyasiyaları qəbul etməyəcəyik.

Mustafa Kamal Atattürk daha sonra "Fransızların bu mövzuda hamıdan daha uzlaşmaz olması məni təəccübləndirdi. Mənim və ölkəmin Fransaya münasibəti dostyanadır. Əgər Fransa hökuməti müstəqilliyimizi təhlükəyə atacaq şərtləri qəbul etməyimizdə israr edərsə, bunu qəbul edə bilmərik", - deyə müsahibəsində bildirib.

Musatafa Kamal Atatürk müsahibəsində Fransa ilə ortaq maraqlardan da bəhs edib:

“Yeni Türkiyə digər millətlər kimi yaşamaq istəyir. Biz yeni Türkiyənin ikinci Çin və ya müstəmləkə sayılmasına qarşıyıq. Biz kölə olmayacağıq. Fransızlar bizim münasibətimizin hər hansı başqa motivasiya ilə bağlı olduğunu düşünməsinlər. Fransa ilə yaxşı əlaqələr qurmaq istəyirik, çünki iki ölkənin çoxlu ortaq maraqları var. Bunlar qarşılıqlı əlaqələrə çevrilsə, bu, çox faydalı olacaq. Əks halda, orada sonsuz çətinliklər olacaq”.

Oxşar xəbərlər
OTACI
OTACI