Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatında yağan leysan yağışlar daşqınlara səbəb olub.
Press.az “RİA Novosti”-yə istinadən xəbər verir ki,yerli mətbuatın ştat rəhbərliyinə istinadən yaydığı məlumatlara görə, təbii fəlakət nəticəsində azı 29 nəfər ölüb, 100-dən çox şəxs isə itkin düşüb.
Hazırda 1300-dən çox kəndin sular altında qaldığı bildirilib.