Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda koronavirusla bağlı vəziyyət qırmızı həddə çatdı - Xüsusi tövsiyələr...

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda Bakı şəhərində koronavirusla bağlı vəziyyət qırmızı həddə yaxınlaşıb və bəlkə də artıq bu həddi çoxdan keçib.

Son günlər sosial şəbəkələrdə insanların kömək çağırışlı statusları, bizə ünvanıanan şikayətləri İnsanlar evlərdə pnevmoniyadan boğula-boğula günlərlə təxliyə gözləyir.

Bir çox viruslu xəstələr pmevmoniya başladığı üçün dözməyərək özləri KT (komputür tomoqrafiya) olunmaq üçün özəl klnikalar və digər xəstəxanalara gedir, KT cavabında virusun yaratdığı ağır simptomlar, buzlu şüşə sindromu görünür.

Sonra onlar apteklərə, marketlərə girir, hətta qohumları ilə ünsiyyətdə olur. Beləliklə, istənilən yerdə yoluxdurmaq təhlükəsi daşıyırlar.

Təcili yardim xəstələri əvvəlki kimi çağırışlara dərhal reaksiya vermir, xəstələri sürətli daşımır və ümumiyyətlə, yer olmadığını bildirir. Ailə üzvləri xəstəni maşına qoyub “Semaşko” adlanan 1 saylı klinik xəstəxanaya, Mərkəzi Gömrük hospitalına aparır, lakin onları qəbul etmirlər.

Test cavabları 5-7 gün yubanır və bəzən xəstə ağır pnevmoniya mərhələsində olduğu üçün test cavabı neqativ çıxa bilir. Bu zaman hadisələr daha pis cərəyan edir və xəstəni heç bir xəstəxana götürmür.

Ona görə də bu gün hər yerdə hər an ağır xəstədən tutmuş yüngül simptomlu daşıyıcıya kimi rastlaşa bilərsiz.

Saqlamheyat.az Medicina.az-a istinadən bildirir  ki, hadisələrin bu gedişi iyul ayının ilk 10 günlüyündə xəstə sayının artacağını göstərir.

İnsanlar məhz indi aprel -may ayında olduğundan da daha ciddi, güclü qorunma tədbirləri görməli və az hallarda evdən çıxmalıdır.

Biz bugünkü duruma uyğun xüsusi tövsiyələrimizi təqdim edirik. Maska, əlcək artıq faydasız ola bilər.

– Baxmayaraq ki, ölkədə sərt karantin rejimi yoxdur, siz özünüz üçün sərt karantin elan edin.

– Yaşlı insanları evdən çıxmağa qoymayın

– Zəruri ehtiyac olmadıqca aptek, özəl klinika və xəstəxanalar, poliklinikalara getməyin

– Həyətlərdə qonşularla oturub saatlarla söhbət etməyin

– Mümkün qədər qohumların evinizə gəlib-getməsini, qalmasını əngəlləyin

– Kafe, restoran, çayxana, ticarət mərkəzlərinə girməyin

– Gün ərzində ünsiyyətdə olduğunuz insanların sayı 5-6 nəfəri keçməsin

– Harda topa insan gördünüz ordan uzaqlaşın

– Danışdığınız insanla aranızda 1 metr məsafə olsun

– Bütün rejiminizi sərt şəkildə tənzimləyin

– Heç kimlə öpüşüb-görüşməyin

– Adam olmayan yerlərdə gəzərək hava və gün vannası alın. Gündə 2 saat

– Evdən çıxmamaq şansı olan, işləməyən insanlar bacardıqca evdə qalıb, hamı ilə, hətta qonşularla belə ünsiyyəti kəssin

– Yas, məclis, ad günü və yığıncaqlar təşkil etməyin və getməyin

– Özünüzü minimum 40 gün tam izolə edin və ciddi qorunun. Hər gün hər addımızını nəzarətdə saxlayın

– Dözün, bu da keçəcək. Xəstələnsəz həkim yardımı olmaya bilər, necə ki,hazırda yüzlərlə insan evdə təcili yardım gözləyir.

Oxşar xəbərlər
OTACI