First slide

Reza Deqati Ağdamdan çəkdiyi fotoları paylaşıb

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında Ağdamdan çəkdiyi fotoları paylaşıb.

Press.az-ın məlumatına görə, Reza Deqati paylaşımında yazıb ki, çoxsaylı sakini qətlə yetirdikdən, digərlərini heç bir əşya götürmədən ayaqyalın çıxıb getməyə məcbur etdikdən sonra Ermənistan ordusu Ağdamı 1992-ci ildə işğal edib:

“Onlar evləri, ofisləri, mağazaları, mədəniyyət mərkəzlərini, muzeyləri, ibadət yerlərini talan edib, qapıları, pəncərələri, dam örtüklərini, su borularını iranlı işbazlara və Ermənistanda satıblar.

Memar olaraq və dünyada bir çox münaqişə zonalarında qazandığım 40 illik təcrübəmdən irəli gələrək müəyyənləşdirdim ki, bu dağıntılar hərbi proseslərin nəticəsi deyil, məqsədyönlü qarətdir. Çiçəklənən və möhtəşəm Ağdam şəhərinə 1992-ci ilin martında qonşu Xocalı əhalisinin ermənilər tərəfindən törədilmiş qətliamını çəkmək üçün gəlmişdim. 28 il sonra - 2020-ci il noyabrın 21-də - şəhərin işğaldan azad edilməsinin səhəri günü buraya yenidən gəldim. Ruhən qəlbimdə o dəhşətləri hələ də yaşayıram. Ümid edirəm ki, bu, bir daha dünyanın heç bir yerində heç vaxt təkrarlanmayacaq”.

Qeyd edək ki, Ağdam şəhəri və rayonun işğal altındakı hissəsi 2020-ci il noyabrın 20-də üçtərəfli Bəyanata əsasən Azərbaycana qaytarılıb.

 

Oxşar xəbərlər
OTACI
OTACI