Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hər növ qəbizliyə qarşı çarə - Həkim-fitoterapevtdən resept

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qəbizlik az hərəkət edənlərdə, az su içənlərdə, bağırsaq uzanmalarında, daima quru yeməklərlə qidalananlarda daha çox olur.

Press.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bütün qəbizliklərdə faydalı resept təqdim edib. Onun sözlərinə görə, bu reseptlə bərabər, gündə ən azı 1 litr çiy su içilməli və gündə 1 saat piyada yeyin-yeyin gəzmək lazımdır. Bu, həm müalicənin effektini artırır, həm də nəinki qəbizlikdən əziyyət çəkənlərə, ümumiyyətlə bütün insanlar üçün faydalıdır.

Məcun üçün bunlar lazımdır:

Əncir qurusu – 500 qram;

Gavalı qurusu – 500 qram;

Qoz ləpəsi – 300 qram;

Bal – 1 stəkan;

Rafinə olunmamış zeytun yağı – yarım stəkan.

F.Hüseynov bildirib ki, qarışımın hazırlanması üçün əncir, gavalı və qoz quruları ət maşınından keçirilir, sonra bal və zeytun yağı əlavə olunaraq qarışdırılır:

"Məcundan istifadə etmək üçün dəqiq qayda yoxdur. Məcundan gündə 3 xörək qaşığından 1 xörək qaşığına qədər istifadə edə bilərsiniz. Belə ki, əgər uzun müddət qəbizlikdən əziyyət çəkirsinizsə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, əgər arada qəbizlikdən əziyyət çəkirsinizsə gündə 1-2 xörək qaşığı yeməkdən 1 saat əvvəl yeyə bilərsiniz".

Fitoterapevtin sözlərinə görə, məcun faydalı qida olmaqla yanaşı, arıqlamaq istəyənlər üçün də effektivdir. Məcunu yeməkdən əvvəl yediyiniz zaman iştah hissi azalır, bağırsaqların şlaklardan azad olması isə piylərin daha sürətlə əriməsinə səbəb olur.

Onun tərkibində zəngin kalium olduğundan ürək zəifliyində və bağırsaqların tənbəliyiyndə də yeyilməsi faydalıdır. Məcun astma bronxit xəstələri üçün də effektlidir. Astma bronxit xəstələri bu məcunu hazırlamaq istəyirlərsə məcunun tərkibindən qozu çıxarmalı, rafinə olunmamış zeytun yağını isə 1 stəkan həddinə qədər qaldırmalıdırlar.

Oxşar xəbərlər
OTACI