Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göyçayda toy yasa döndü: Ölən və yaralılar var - ANBAAN VİDEO

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçayda toy karvanında baş verən qəzada ölən və yaralılar var.

Oxu.az xəbər verir ki, hadisə şənbə günü, noyabrın 20-si, axşam saatlarında Göyçay-Ucar avtomobil yolunda, Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumatlara görə, iki minik və bir yük avtomobili toqquşub. Minik avtomobilinin sürücüsü, Göyçay rayonu Yeniarx kənd sakini, 27 yaşlı Bəhruz Qarayev hadisə yerində həlak olub.
Digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət alıblar. Yerli sakinlərin verdiyi məlumata görə, qəzada ölən sürücü toy karvanının iştirakçısı olub.

Hadisənin dəqiq səbəbləri hüquq mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq.

Oxşar xəbərlər
OTACI