Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ankaraya uçuşlar bərpa edildi

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əfqanıstanın milli aviadaşıyıcısı Ariana Afghan Airlines Kabildən Ankaraya uçuşları bərpa edib.

Press.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Nazar Məhəmməd Motmain bildirib.


"Ariana Afghan Airlines Ankaraya uçuşlara başladı. Uğurlar", -deyə o, Twitter səhifəsində yazıb.

Ankaranın Əsənboğa Beynəlxalq Hava Limanının onlayn tablosuna əsasən, Kabil layneri yerli vaxtla saat 17.30-da Türkiyə paytaxtına enib.

Qeyd edək ki, son üç ayda Əfqanıstan paytaxtından bir sıra beynəlxalq reyslər ölkədə hərbi hakimiyyət dəyişikliyi səbəbindən dayandırılıb.

Oxşar xəbərlər
OTACI