First slide

Tiflisi "3+3" platformasından kim qaçırdı? - ŞƏRH

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir neçə gün öncə rəsmi Tiflis regionda yeni  əməkdaşlıq formatı kimi təqdim olunan "3+3" platformasında yer almayacağını bəyan etdi.

Hətta Gürcüstanın XİN rəhbəri David Zalkaliani də ölkəsinin açıqlamasında “3+3” formatına qoşulmaqdan imtina etdiyini, bunu Bakı və Ankaradakı rəsmilərin də diqqətinə çatdırılıldığını vurğuladı.

Maraqlıdır, Gürcüstanın “3+3” formatından imtina etməsinin səbəbi nədir?

Politoloq Qabil Hüseynli məsələni Modern.az-a şərh edərkən bildirib ki, Gürcüstan bu formatdan Rusiyanın iştirakı üçün imtina edib:

“Gürcüstan Rusiyaya görə bu formatdan imtina edib. Gürcüstan onun torpaqlarını işğal edən, ona qarşı təcavüzkar müharibə aparan Rusiya ilə bir blokda olmaq istəmir. Tək səbəb Rusiya ilə birgə olmamaqdır. Ola bilsin ki, bu məsələdə Gürcüstana qərb ölkələrindən də müəyyən təzyiqlər var. Lakin Azərbaycanla Gürcüstanın strateji portniyorluq əlaqələri var. ”.

Qeyd edək ki, “3+3” formatına Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Ermənistan qoşulmalı idi.

Oxşar xəbərlər
OTACI
OTACI