Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

7 türk azad edildi

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Liviyanın şərqində 2 ildir girov saxlanılan 7 Türkiyə vətəndaşı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Qətər Kəşfiyyat Təşkilatının birgə səyi ilə azad edilib.

Press.az xəbər verir ki,  əsasən restoran sektorunda çalışmış İlker Sağlık, Doğan Kıssa, Nurettin Çalık, Halil Gözel, Ahmet Selvi, Hidayet Yaprak və Abdul Samet Akçay Türkiyəyə gətiriliblər.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilən şəxslərlə telefonla əlaqə saxlayıb, onlara diləklərini çatdırıb. R. T. Ərdoğan Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsində əməyi olan hər kəsə də təşəkkür edib.

Oxşar xəbərlər
OTACI