First slide

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkumluq həyatı yaşayan şəhər sakini Şahin Osmanov saxlanılıb.

Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilən zaman yardımçı tikilidə gizlətdiyi qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Oxşar xəbərlər
Category news

tr_star

05 Dec 2021

OTACI
OTACI