Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ səfirliyindən Zəngəzur ÇAĞIRIŞI: ora getməyin!

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müraciət edərək, Azərbaycanla sərhəd məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar Zəngəzur bölgəsinə getməməyə çağırıb.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, səfirlik xüsusilə Gorus-Qafan yolu istiqamətində hərəkətdən çəkinməyə çağırıb.

“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var”, - deyə səfirliyin məlumatında bildirilir.

Qeyd olunur ki, səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin həmin istiqamtdə hərəkəti çox zərurət olmadıqca qadağandır.

Səfirliyin çağırışında ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca ayıq-sayıq olmaları və Qarabağ münaqişəsi zonasında təmas xəttinə yaxın ərazilərə getməmələri tövsiyə olunur.

Oxşar xəbərlər
OTACI