First slide

Ağdam 1 il sonra: 110 milyonluq sərmayə, yüz minlik QAYIDIŞ

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük turizm potensialına malik olan Ağdam rayonu təbiəti və tarixi abidələri turist cəlb etmək baxımından üstünlüyə malikdir.

Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Ağdam istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da Ağdamın qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir.

Bunu Modern.az-a açıqlamasında işğaldan azad edilmiş Ağdamın iqtisadi potensialından danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat deyib ki, işğal müddətində erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış şəhər yeni quruculuq mərhələsinə qədəm qoyub:

"İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi. İşğaldan əvvəl rayonda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılib. Baxmayaraq ki, rayonun torpaqlarının 92 faizi əkin üçün yararlıdır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istesal olunub. Son 4 ildə ölkəmizin nəzarətində olan Ağdam kəndlərində məhsul istehsalı 70 faizdən çox artıb".

V. Bayramov qeyd edib ki, Ağdamda yeni yaradılacaq sənaye parkına 110 milyon manatlıq sərmayə qoyulacağı nəzərdə tutulub:

"Artıq rayonunun Baş Planı təsdiq olunub. Baş Plana əsasən, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də brend olub. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu da 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir. Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxilə, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycanın ən böyük yaşayış məntəqələrindən olan Ağdam uzunsürən döyüşlərdən sonra - 1993-cü il iyulun 23-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Ən böyük yaşayış məntəqələrindən olan Ağdamın 73 faizi 27 il düşmənin nəzarəti altında olub. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam sakinlərinin sayı 204 min nəfərdir.


Azərbaycan hələ işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atıb. Vətən müharibəsindən əvvəl Azərbaycan nəzarəti altında olan ərazilərdə böyük quruculuq, abadlıq işləri aparıb. Ötən müddətdə Quzanlı faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevrilib. Rayonda 18 məcburi köçkün şəhərciyi salınıb və buraya 93 min insan yerləşdirilib. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam əhalisinin 45 faizi rayonun ərazisində yaşayır. Lakin çox tezliklə rayonun bütün sakinləri öz doğma-yurd yuvalarına qayıdacaqlar.


“Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”, - deyən Prezident İlham Əliyev ağdamlıların bundan sonra bu ərazidə əbədi yaşayacağını da bəyan edib.


Ermənilərin tamamilə viran qoyduqları, bir salamat bina belə saxlamadıqları Ağdamın yenidən qurulması üçün artıq işlərə başlanılıb. Azad edilmiş ərazilər üzrə ilk baş plan Ağdam rayonuna aid olub.
Ağdamın gələcək ərazisi indikindən iki dəfə böyük olacaq. Yeni Ağdam 100 min nəfər sakin üçün planlaşdırılır.

Oxşar xəbərlər
Category news

tr_star

05 Dec 2021

OTACI
OTACI